Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 06:43

“Eurovision-2012” yarışmasının 3-sü bəlli oldu


Eurovision Milli-də 8 finalçıdan 3-ü məlum oldu
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Eurovision Milli seçimi 2012-də 3-cü həftənin qalibi Xəyyam Mustafazadə oldu. O, Azərbaycanı "Eurovision 2012" Mahnı yarışmasında təmsil etmək uğrunda mübarizə aparacaq 8 finalçıdan biri olacaq.

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun üçüncü yarımfinalçısı məlum olub.

Bu həftənin birincisi həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Xəyyam Mustafazadə olub.

Üçüncü həftənin 2-si Altun Zeynalov, 3-sü Anar Səfərov, 4-sü Rövşən Əzizov, 5-si Rüstəm Əlləzov, 6-sı Aysel Quluzadə, 7-si Fərid Ramazanov, 8-si Aytac Vəliyeva və 9-su Yelena Kərimova olub.

Qaydaya görə, iştirakçılar çərşənbə axşamından şənbə gününədək İctimai TV-də yayımlanan milli seçim şousunda səs imkanları və səhnə mədəniyyətlərini göstərirlər.

Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur.

Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və birincilik qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Artıq üç yarımfinalçının adı məlumdur: Orxan Kərimli, Mehriban Sadıqova və Xəyyam Mustafazadə.

Növbəti 5 həftədən sonra yarışmanın final mərhələsi başlayacaq.
XS
SM
MD
LG