Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

Lerikdə torpaq sürüşməsi olub


Lerik rayonunda yenidən torpaq sürüşməsi baş verib. Rayonun Fövqəladə Hallar Komissiyasının (FHN) sədri Habil Məlikovun ANS PRESS-ə verdiyi məlumata görə, Lerik-Lənkəran yolunun 18-ci, 23-cü, 27-ci, 43-cü, 53-cü kilometrliyində torpaq çöküntüləri yaranıb ki, bu da yolun tamamilə bağlanmasına səbəb ola bilər. Bununla da, rayonla əlaqə tam kəsilə bilər.

Habil Məlikovun sözlərinə görə, rayonun bir çox ərazilərində, Veri-Əliabadı, Molalan, Gürdəsər, Hamarmeşə, Soru və s. kəndlərində torpaq sürüşməsi ciddi problemlər yaradıb. Ümumilikdə 20-ə yaxın evə ziyan dəyib.

“Bununla bağlı FHN-ə məlumat verilib. Hazırda torpaq sürüşməsiylə əlaqədar ərazilərdə mütəxəssislər işləyir. Bəzi sakinlər evlərindən evakuasiya edilib. Ziyan dəyən evlərə baxış keçiriləcək və yaranmış fəsadlar aradan qaldırılacaq. Lakin ciddi problem Lerik-Lənkəran yolundadır ki, bu problemin qarşısında nəsə tədbir görülməsə, vəziyyət çətinləşər”, - deyə Habil Məlikov vurğuladı.


Lerikin Hamarmeşə kəndində torpaq sürüşməsi nəticəsində kənd sakini Orucəli Fətullayevin həyətyanı sahəsində 2 hektara yaxın ərazi torpaq 25 sm-ə yaxın çöküb. Artıq Lerik rayon FHK sürüşmənin baş verdiyi əraziyə baxış keçirib. Habil Məlikov bununla bağlı araşdırma aparıldığını bildirdi.
XS
SM
MD
LG