Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Nuri al Malikinin müavini onun Səddamdan pis olduğunu deyir


İraqın baş naziri Nuri al Maliki parlamenti müavinlərindən biri Saleh al Mutlaka etimadsızlıq göstərməyə çağırıb.

Sünnilərin birləşdiyi Əl-İraqiyə blokunun üzvü olan Mutlak bundan əvvəl televiziyalara verdiyi bir neçə müsahibədə baş nazir Nuri al Malikini hakimiyyəti əlinə almaqda ittiham edib, onun Səddam Hüseyindən pis olduğunu deyib.

Əl İraqiyə blokunun 82 deputatı bundan əvvəl hakimiyyətin mərkəzləşdirilməsinə etiraz olaraq parlamenti tərk edəcəklərini bildiriblər.

Amma blokun hökumətdə olan 9 üzvü istefa verməyib.

2010-cu ilin martında keçirilmiş parlament seçkisində Əl-İraqiyə hərəkatı Nuri al Malikinin partiyası ilə demək olar ki, eyni sayda səs toplayıb.
XS
SM
MD
LG