Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Qazaxıstanda baş verən yeni toqquşmada 1 nəfər ölüb


Qazaxıstanın Manqistau regionunda baş verən yeni toqquşmada daha 1 nəfər ölüb, 12 adamsa yaralanıb.

Polis Şetpe qəsəbəsində dəmir yol xəttini bağlamış etirazçıları dağıdarkən, aksiyaçılar teplovozu yandırıb, vaqonlara yandırıcı butulkalar atmağa başlayıblar.

Polis isə kütləyə qarşı silah işlədib.

Ümumilikdə son iki gün ərzində regionda baş verən toqquşmalarda 12 nəfər ölüb, onlarla adamsa yaralanıb.

Yerli neft şirkətinin fəhlələri maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Münaqişəyə səbəb isə Janaozen şəhərində tətilə çıxan fəhlələrin işdən kənarlaşdırılması olub.

Həmçinin polis şənbə günü Aktau şəhərində fəhlələrə dəstək olaraq keçirilən etiraz aksiyanı dağıdıb.

Hüquq müdafiəçiləri ölən və xəsarət alanların xeyli çox olduğunu deyirlər.
XS
SM
MD
LG