Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:23

Çingiz Əlioğlu. Mənə sarı gələn gəlin


Mənə sarı gələn gəlin,
Namxuda, kimin yarısan?
Göydə ay - bir para qalıb,
Yoxsa sən də bir yarısan?..

Mənə sarı gələn gəlin,
Nəfəsmisən, küləkmisən,
Söylə neçə gülzar qəlbi
Viran qoyub, kül əkmisən?..

Mənə sarı gələn gəlin,
Qədəmindən yar inciməz.
Yanağından iltifatla
Öpüş alan yel inciməz.

Mənə sarı gələn gəlin,
Qəlbimi qübar eyləmə.
Mənə sarı gələn gəlin,
Gəl, əğyardan ar eləmə.

Mənə sarı gələn gəlin,
Sarıl boynuma-boynuma.
Al bu gözü giryan olmuş
Yarı qoynuna-qoynuna...

1981
XS
SM
MD
LG