Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Qahirədə baş vermiş toqquşmalarda azı 8 adam ölüb


Misirin paytaxtı Qahirədə təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 8 nəfər ölüb, 300-ə yaxın adamsa yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Məlumatlara görə toqquşmaya səbəb təhlükəsizlik qüvvələrinin nazirlər kabinetinin qarşısında keçirilən oturaq aksiyanı dağıtmaq istəməsi, aksiyaçılardan birini döyməsi olub.

Ötən aydan bu yana Qahirədə baş verən bu cür toqquşmalarda azı 40 adam ölüb.

Aksiyaçılar hazırda ölkəni idarə edən hərbi hakimiyyətin tezliklə istefası və səlahiyyətlərin mülki hakimiyyətə verilməsini tələb edirlər.

Hazırda ölkədə parlament seçkiləri keçirilir.

Parlament seçkisindən sonra ,prezident seçkisi keçiriləcək və ölkənin yeni konstitusiyası hazırlanacaq.
XS
SM
MD
LG