Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2011-ci ildə 18 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Müdafiə Sənayesi naziri Yavər Camalov bildirib.
Qarşıdakı illərdə ixracatın həcminin artımı proqnozlaşdırılır.
«Nazirlik 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edir. Bu da potensialımızın tanıdılması, eləcə də ixrac istiqamətində mühüm imkanlar yaradır», - deyə nazir vurğulayıb.
MSN-in 2010-cu ildə xaricə ixracatı 13 mln. ABŞ dolları təşkil etmişdi. /apa/