Wikileaks saytına məxfi ABŞ sənədlərinin ən böyük sızmasının arxasında durduğu güman olunan ABŞ əsgəri Bradley Manning bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.
Məhkəmə qərara verəcək ki, 23 yaşlı Manningin işinə hərbi məhkəmədə baxılsın yoxsa yox.
Manningi ömürlük həbs cəzası gözləyir.
Amerika rəsmiləri Manningi yüz minlərlə sənədi Wikileaksə ötürməkdə ittiham edirlər.
İttihama görə, Manning sənədləri İraqda hərbi təhlilçi olduğu vaxt ötürüb. O, 2010-cu ilin mayında həbs olunub.