Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

Qazaxıstanda neft işçiləri ilə polis arasında toqquşmalar olub


Qazaxıstanın neft şəhərciyi olan Janaozendə neft sahəsində işləyənlərlə polisin toqquşmaları olub.

Rəsmi məlumata görə, iki polis zabiti yaralanıb.

İşçilərin haqlarını müdafiə edənlərin məlumatına görə, nümayişçilər arasında ölənlər də var. Ancaq bu məlumat hələ təsdiqlənməyib.

Dövlət neft şirkəti olan KazMunaiGasın işçiləri maaşlarının qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Tətilə çıxdığına görə min adam işdən çıxarıldı, ancaq nümayişlər davam edir.
XS
SM
MD
LG