Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 08:41

Erdogan Fransada erməni soyqırımı haqda yeni qanun layihəsinin qabağını almağa çalışır


Türkiyənin baş naziri Recep Tayyip Erdogan Fransa prezidenti Nicolas Sarkozy-yə müraciət edib ki, keçən əsrin əvvəllərində Osmanlı Türkiyəsində ermənilərin kütləvi qırğınının soyqırımı olmasını danmağın Fransada cinayət hesab olunması haqda qanun layihəsinin qabağını alsın.

Anadolu agentliyinin məlumatına görə, Erdogan xəbərdarlıq edib ki, Fransa parlamenti bu qanun layihəsini qəbul etsə, bunun çox ciddi mənfi nəticələri olacaq.

Erməni tərəfi birinci dünya müharibəsində Osmanlı imperiyasının dağılması zamanı türklərin 1,5 milyon erməni öldürdüyünü iddia edir.

Türkiyə isə ölən ermənilərin 300 mindən 500 minə kimi olduğunu bildirir.

Fransa parlamentinin aşağı palatası yeni qanun layihəsini dekabrın 22-də müzakirəyə çıxaracaq.

Qanun layihəsi qəbul olunsa, erməni soyqırımını danmaq Holokostu danmaq kimi cinayət hesab olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG