Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 07:01

Gəncədə 20 kilometr uzunluğunda qaz xəttində qəza baş verib


Qəzaya səbəb Gəncədəki hərbi hissələrdən birinə məxsus hərbi maşının qaz borusunu zədələməsi olub.
Bu barədə Gənəc şəhər Qaz İstismarı İdarəsinin baş mühəndisi Şubay Nəsibov məlumat verib. Mühəndisin sözlərinə görə, 18-20 kilomet uzunluğunda qaz xətti sıradan çıxıb: «Hadisə bu gün səhər saatlarında baş verib və həmin vaxtdan etibarən Həmid Sultanov küçəsi və onun ətrafında yaşayan bir neçə küçənin qazı kəsilib. Hazırda ərazidə təmir işləri aparılır.
Qəza baş verən boru xətti ilə 2 minə yaxın abonentə mavi yanacaq verilirdi. Yanacağın yaxın günlər ərzində bərpası planlaşdırırlır».
XS
SM
MD
LG