Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı saxlanan Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli və Tural Abbaslının şikayətləri üzrə proses davam edib.
Proses vəkillərin və təqsirləndirilənlərin çıxışı ilə davam etdi.
İlk öncə A.Hacılının vəkili Osman Kazımov bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamlar nə ibtidai istintaqda, nə də Səbail rayon Məhkəməsində sübuta yetirilib.
A.Hacılı isə çıxışında 9 aydır həbsdə olduğunu və hələ də təqsirini sübuta yetirəcək hər hansı dəlilin ortaya qoyulmadığını bildirdi. A.Hacılı ona qarşı irəli sürülən ittihamların saxta və siyasi sifarişli olduğunu deyib məhkəmədən barəsində bəraət hökmü çıxartmağı xahiş etdi.
Müşavirədən sonra hakim Səbail rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan etdi.
Oktyabrın 3-də Səbail rayon Məhkəməsi Arif Hacılıya, Məhəmməd Məcidliyə və Tural Abbaslıya 2 il yarım həbs, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza hökmü çıxarıb.