Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 16:01

Tymoshenkonun hənsxanadakı görüntüləri siyasi qalmaqal yaradıb


Müxalifət lideri Yulia Tymoshenkonun həbsxanadakı görüntülərinin təsvir olunduğu video kadrların yayılması Ukraynada siyasi qalmaqala səbəb olub.

Video-çarxda göstərilir ki, həkimlər həbxsananın tibbi mərkəzindəki kamerasında olan Tymoshenkoya baş çəkirlər, o isə çarpayıda uzanıb. Keçmiş baş nazir əllərini qaldıraraq otağa daxil olan kişiyə acıqlanaraq qışqırır.

Kadrlar ölkə televiziyalarında iki məqsədlə nümayiş olunub. Biri 51 yaşlı Tymoshenkonın yaxşı müalicə olunduğunu, digəri isə onun yüksək şəraitdə saxlandığını göstərməkdir.

Tymoshenko oktyabr ayında 7 il müddətinə azadlıqdan məhrum olunub. Onun vəkili filmin nümayişini pisləyib.
XS
SM
MD
LG