Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

Dağıstanda jurnalist Hacımurad Kamalov öldürülüb.


O, gündəlik «Черновик» nəşrinin təsisçisi olub. Nəşr hakimiyyəti tənqid edib, itən adamlarla bağlı araşdırma aparıb.

Qətl Mahaçqalada təxminən gecə 12 saatlarında törədilib.

ИТАР-ТАСС-ın məlumatına görə, Kamalov dostunu yola salmaq üçün küçəyə çıxıb. Bu vaxt isə ona atəş açılıb. Amma yaralını xəstəxanaya aparanda o, yolda keçinib.

Yerli mətbuat bildirir ki, qatil maskada olub, bu isə Dağıstan islamçı döyüşçülərinə xarakterik hal deyil.

Faktla bağlı cinayət işi açılıb. Əsas versiyalardan biri jurnalistin peşə fəaliyyətinə görə öldürülməsidir.
XS
SM
MD
LG