Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

Christine Lagarde: Dünya Böyük Depressiya ilə üzləşə bilər


Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde deyib ki, dünya iqtisadiyyatının prespektivi "olduqca tutqundur" və Avropada borc böhranı ilə üzləşən dövlətlərdən hərəkət tələb edəcək.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Vaşinqtonda ABŞ Dövlət Departamentində görüşlər zamanı bildirib ki, əgər problemin həlli ilə bağlı qəti addımlar atılmasa, dünya 1930-cu ildəki Böyük Depressiya ilə üzləşə bilər.

Lagarde deyib ki, iqtisadi inkişafından asılı olmayaraq, hər bir ölkəni təhlükə gözləyir.

Lagardenin bu şərhindən əvvəl Fitch reytinq agentliyi azı 6 iri bankın reytinqini aşağı salıb.

Bu banklar sırasında ABŞ, Almaniya, Fransa, İsveçrə, Britaniya bankları var.
XS
SM
MD
LG