Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

Kapital Rusiyadan qaçmağa başlayıb




2011-ci ilin ilk 11 ayında Rusiyadan kapital axını 74 mlrd. dollar olub.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiyanın Mərkəzi Bankının sədrinin birinci müavini Aleksey Ulyukaev bildirib.

Onun sözlərinə görə, ilin sonunadək kapital axınının 85 mlrd. dollara çatacağı gözlənilir.

Ulyukayev deyib ki, “Təkcə noyabr ayında ölkədən 10 mlrd. dollar çıxarılıb”.

Sonuncu dəfə Rusiyadan belə həcmdə kapital axını 2007-ci ildə olub - 81,7 mlrd. dollar. Ötən il ölkədən kapital axını 35,3 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar idi

Kapital Rusiyadan niyə qaçır?

Rusiya birjalarında da son günlər orta qiymət indeksi rubla 10, dollarla 13 faiz düşüb.

İnvestorlar şirkətlərdən də qaçırlar.

FBK məsləhət şirkətinin strateji təhlil departamentinin direktoru İqor Nikolayev Azadlıq Radiosuna deyib ki, seçkilərdən sonra Kremlə yaxın şirkətlərin səhmləri kütləvi şəkildə satılmağa başlayıb.

“İnvestorlar görəndə ki, insanlar seçkilərin bu miqyasda saxtalaşdırılmasına etiraz üçün küçələrə çıxırlar, onlar bunu çox mənfi siqnal hesab edirlər”.

Otkrıtıe Kapital şirkətinin baş strategisti Tom Mundy deyir ki, Qazprom kimi şirkətlər də Putinin tarifləri liberallaşdırmaq planlarından qorxuya düşürlər.

Ancaq Mundy də hesab edir ki, Rusiya siyasi qeyri-müəyyənlik dövrünə qədəm qoyub.
Bu dövrdə Rusiyaya kapital gəlişi kəskin azalır, kapital axını isə artacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG