Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:02

Azərbaycanın 6 televiziyasının hər birinə seriallar üçün 300 min manat köçürülüb


Serialların çəkilişi üçün Azərbaycanın 6 televiziya kanalının hər birinə 300 min manat pul verilib.

Bu barədə Azadlıq Radiosuna Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

Pullar 6 televiziya kanalının-İTV, Space, ANS, XƏZƏR, ATV və Lider kanalının hesablarına dekabrın 14-də köçürülüb.

Televiziyalardan yalnız birinin, AzTV-nin hesabına hələ pul köçürülməyib.

Şuradan verilən məlumata görə, bu, həmin televiziyadan serial senarilərinin hələ Şuraya təqdim edilməməsi ilə bağlıdır.

Prezident İlham Əliyev 2011-ci il sentyabrın 9-da milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

Bundan sonra MTRŞ ilə müqavilə bağlayan telekanalların hesabına ilkin mərhələdə 300 min manatın köçürülməsi haqqında qərar qəbul edilib.
XS
SM
MD
LG