Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:58

Telekanalların hər birinə 300 min manat verildi


Serialların çəkilişi üçün 6 telekanalın hər birinə 300 min manat verilib.

Bu barədə AzadlıqRadiosuna Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

Pullar 6 televiziya kanalının - İTV, «Space», ANS, «Xəzər», ATV və «Lider» kanalının hesablarına dekabrın 14-də yatırılıb.

Televiziyalardan yalnız birinin - AzTV-nin hesabına hələ pul köçürülməyib.

Prezident İlham Əliyev 2011-ci il sentyabrın 9-da milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
XS
SM
MD
LG