Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Məhkəmə qərarı: Radiotezliklərin siyahısı açıqlansın


Radiotezliklər üzrə Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq istifadəsiz saxlanan tezlikləri açıqlamalıdır.

Belə bir qərarı dekabrın 15-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib.

Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağaliyev bu məlumatları əldə etmək üçün 2011-ci ilin mayında Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Abid Şərifova sorğu ilə müraciət edib. Sorğuya cavab verilmədiyindən hüquqşünas məhkəmədə iddia qaldırıb.

Məhkəmə qərarına əsasən, Dövlət Komissiyası televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısını X.Ağaliyevə təqdim etməlidir.
XS
SM
MD
LG