Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Putin: “Müxalifət hər yerdə seçkini ədalətsiz sayır”


Rusiyanın Baş naziri Vladimir Putin deyib ki, sonuncu parlament seçkilərinin nəticələri Rusiya ictimaiyyətinin baxışlarını ifadə edir.

Dekabrın 4-də keçirilən seçkinin nəticəsinə görə, hakim Vahid Rusiya partiyası parlamentdə yerlərin əksəriyyətini qazanıb. Ölkə müxalifəti seçkiləri ədalətsiz və qeyri-demokratik adlandırıb və etiraz aksiyaları keçirib.

Putin deyib ki, belə etirazlar məqbuldur, əgər nümayişlər qanun çərçivəsində keçirilirsə. Bununla belə, Putin müxalifətin seçkinin ədalətsiz keçirilməsi ilə bağlı iddiasını rədd edib:

- Müxalifət həmişə deyir ki, seçki ədalətsizdir. Həmişə. Bu, hər yerdə, hər bir ölkədə baş verir. Sual bu etirazın hansı formada ifadə edilməsidir. Bu, siyasi mədəniyyətin sualıdır.

Putin bu gün televiziyada illik tok-şousunu keçirir. Burda o, Rusiyanın hər tərəfindən gələn sualları cavablandırır.

Ötən ilki tok-şouda o, 4 saat sualları cavablandırıb.
XS
SM
MD
LG