Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqini aşağı saldı


Fitch reytinq agentliyi Azərbaycanın Beynəlxlaq Bankının (ABB) uzun müddətli və qısa müddətli, fərdi və dayaq reytinqlərini aşağı salıb.
Uzunmüddətli reytinq əvvəl “BBB-“ idisə, indi “BB+”-dur.

ABB-nin reytinqlərinin endirilməsinə səbəb bankın rekapitalizasiyasının , yəni borclarının səhmlərinə nisbətinin qaydaya salınmasının ləngidilməsi, bankın tənzimləmə qaydalarına riayət etməməsidir.

Fitch hesab edir ki, ABB-nin vaxtlı-vaxtında kapital dayağı yoxdur, ona görə bankın reytinqi investisiya səviyyəsində qala bilməz.

Ancaq Fitch eyni zamanda gözləyir ki, Azərbaycan hakimiyyəti ABA-ya kömək edəcək.
ABA-ya indi verilən “BB+” reytinqi məhz Azərbaycan hökumətinin kömək verəcəyinə olan ümidi əks etdirir.
Bu olmasa, Fitch ABA-nın reytinqini yenidən aşağı salacaq.

Fitchə məlumat verilib ki, 2011-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankı ABA-ya yardım edəcək. Ancaq bundan əvvəl bu yardımın bu ilin oktybarına veriləcəyi bildirilirdi.

Fitch hesab edir ki, əgər yardım 2012-ci ilin 15 yanvarına kimi verilməsə, bankın kreditorlarla problemləri yaranacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG