Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 13:42

Dini ədəbiyyatın qadağası - ifadə azadlığına ziddir


Media Hüququ İnstitutu bu qanunu Konstitusiyaya zidd sayır, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə sənədin reallıqdan doğduğunu hesab edir

Azərbaycanda ifadə azadlığına ciddi təhlükə yaradacaq qanun təsdiqlənib. Media Hüququ İnstitutu hesab edir ki, “müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və yayma”ğa görə ağır cinayət cəzaları müəyyən edən sənəd belə təhlükə törədir.

Media Hüququ İnstitutunun bu gün yaydığı bəyanatda qeyd olunur ki, sənəddə qoyulan tələblər ifadə azadlığı ilə bağlı Konstitusiyanın tələbləri və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı haqları ilə daban-dabana ziddiyyət təşkil edir.

BU QADAĞA ÖN SENZURA ANLAMINA GƏLİR

“Hər hansı ədəbiyyatı və ya məlumatı çap etmək və yaymaq üçün razılığın tələb olunması ön senzura anlamına gəlir və ifadə azadlığı hüququnun heç nə ilə bəraətləndirilə bilməyən pozulmasıdır”.

Media Hüququ İnstitutu bildirir ki, məzmunundan (istər dini, istərsə də başqa) asılı olmayaraq hər hansı “ədəbiyyatı”, “əşyaları” və “başqa məlumat materiallarını” çap etmə, idxal etmə, satma və yayma ifadə azadlığı hüququndan istifadə etmə formalarıdır.

“Sadəcə ifadə azadlığı hüququndan yararlanmağa görə belə ağır cəzaların verilməsi hər hansı legitim məqsədə mütənasib sayıla bilməz və bütün hallarda ifadə azadlığı hüququnun pozulması olaraq qanunla qorunan ictimai mənafelərə zərər vuracaq”.

Media Hüququ İnstitutu bu qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tez bir zamanda aradan qaldırmağı, bu sahədəki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyə edir”.

ZƏRƏRLİ ƏDƏBİYYATI EYNİ DİNİ İCMALAR YAYIR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə hesab edir ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin olunması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb. Komitədən AzadlıqRadiosuna göndərilən məlumatda bildirilir ki, dini ədəbiyyatın yayılması sahəsində baş verən qanun pozuntuları bir çox hallarda eyni dini icmalar və şəxslər tərəfindən təkrarlanır.

“Hətta, bəzi məqamlarda həmin dini qurumlar və şəxslər bilərəkdən qanunvericiliyin tələblərini pozaraq, dini təbliğat aparır, zərərli dini ədəbiyyat yayırlar. Müvafiq dövlət qurumları bununla bağlı lazımi tədbirlər gördükdə isə kiçik məbləğdə olan cərimələri ödəməklə «kifayətlənirlər».

Bu baxımdan Dövlət Komitəsi əminliklə bildirir ki, dini fəaliyyət sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi həm zərərli dini ədəbiyyatın yayılmasının, həm də qanunsuz dini təbliğatın aparılmasının qarşısının alınmasında, eləcə də dini durumda gedən proseslərin daha da şəffaflaşmasında önəmli rol oynayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG