Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Salam Sarvan. Anayçun, arvad-uşaqçun


Anayçun, arvad-uşaqçun,
lap elə vətənçün yaşayan insan
ömrün son illərini cənnətçün yaşar-
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan -
stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi-
bir «kibrit» axtarışında
arvad-uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq
XS
SM
MD
LG