Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:50

Salam Sarvan. Məsələn, bir stəkan suyun

Məsələn, bir stəkan suyun
ömrü yoxdur əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildir artıq.

Təxminən sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.
XS
SM
MD
LG