Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Salam Sarvan. Gəl gedək oturub saata baxaq


Neynirdin bu boyda ömrü, ilahi.
bu boyda yırtıq yox bu yamaq üçün...
Bir göz qırpımınca ömür verəydin -
o da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?!..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu, yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir -
gəl gedək, oturub saata baxaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG