Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Salam Sarvan. Öz üstümə qoşun göndərən şaham


Yazmaq - qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram...
Qara günlər çıxır kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün -
bir qurtum su verin tüpürmək üçün...
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyim dağa çıxıram...

Öz üstümə qoşun göndərən şaham...
Yellər də qoşuldu mən çəkən aha...
Səni axtarmağa gedirəm daha -
ta mən də bu gündən yoxa çıxıram.
XS
SM
MD
LG