Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Salam Sarvan. Bu gün vaxtım yoxdu, bu gün ölürəm


Yaranın üstü tək açıldı gözüm -
indi bu yaradan axan qandı su.
Dərdin doqquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.

Səni necə atım, necə, bilmirəm,
bir zərsən - düşürsən heç üzü üstə
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.

İki tərəfin var - gözlərin, dilin;
bu işıq gələndi, o da it hürən...
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.
XS
SM
MD
LG