Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Salam Sarvan. Səndən vəfalıymış sənin yolların


Buludlar tozdurmu belə qopublar
yağışın yol keçib axdığı yerdən?..
İlahi, indicə bir gül çıxacaq
dağ öz ürəyini sıxdığı yerdən.

Səni vurmağa da qalxmaz əllərim,
atılsa üzünə ləçək tellərin...
Səndən vəfalıymış sənin yolların -
hələ də keçirlər baxdığın yerdən.

O qəbri hündür tik, qazma dərin, yox!..
Daha yıxılıram, heç xəbərin yox...
Gördüm ki, tutmağa başqa yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.
XS
SM
MD
LG