Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:19

Salam Sarvan. Gündüzdü, qaranlıq içindən keçir


Hər gün ad günüdü dünyada bəlkə -
Hər gün bu dünyada il tamam olur.
Gündüzdü, qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

Gecə ki yuxuda axşam görürsən,
səhər gündüz olur, yuxun çin çıxır...
Yatırsan ayılıb xoş gün görəsən,
Ayılıb görürsən yenə gün çıxıb.

Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayır görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
Gündüz gün işığı girməyən evə?..
XS
SM
MD
LG