Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

Qədir Rüstəmov 2-ci Fəxri Xiyabanda dəfn edildi (VİDEO)


Qədir Rüstəmov dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Dekabrın 14-də xalq artisti Qədir Rüstəmov vəfat edib. Bu gün - dekabrın 15-də keçirilən dəfn mərasimində onu tanıyanlar xatirələrini AzadlıqRadiosu ilə bölüşürlər.

Dekabrın 14-də dünyasını dəyişən Azərbaycanın xalq artisti Qədir Rüstəmovla dekabrın 15-də Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qədir Rüstəmovun dövlət tərəfindən xüsusi qiymətləndirildiyini, ölkə başçısı tərəfindən onun “Şöhrət” ordeni ilə təltif edildiyini, Prezident təqaüdünə və Xalq artisti fəxri adına layiq görüldüyünü söyləyib.

Yazıçılar Birliyinin sədri Anar da Qədir Rüstəmovu təkrarolunmaz sənətkar adlandırıb. O, vida mərasiminə gələnlərlə öz xatirələrini bölüşüb.

“Onunla işləmək mənə də nəsib olub. "Üzeyir bəy" filmində çəkilmək üçün ona müraciət etdim. Mənə dedilər ki, razılaşmayacaq, amma razılaşdı. Filmin çəkilişləri Şuşada aparılırdı. O isə filmin çəkilişlərinə Ağdamdan gəldi. Çəkiliş başlayan günü onu çox gözlədik. Mənə dedilər ki, o, həmişə söz verir, amma gəlmir. Çəkilişə gec gəlib çatdı. Gələn kimi də mənə dedi ki, yəqin sənə də deyiblər ki, Qədir Rüstəmov dəlidir. Amma qardaş, Qarabağda dəli olmasan, baş çıxara bilməzsən”, - yazıçı deyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə Qədir Rüstəmovun bu dünyada ad qoyaraq getdiyini deyib.

“Heç kəs bu dünyada qalmır, amma bu dünyada ad qoyub getmək lazımdır. Qədir Rüstəmov adi muğam ifaçısı ola bilərdi, amma olmadı”, - Kərimi qeyd edib.

Tədbirin sonunda Qədir Rüstəmovun oğlu Rüstəm Rüstəmov vida mərasiminə gələn, atasının sənətini qiymətləndirən hər kəsə təşəkkürünü bildirib.

Qədir Rüstəmov II Fəxri xiyabanda dəfn edilib.

***

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovla vidalaşma mərasimi dekabrın 15-də olacaq.

Bu barədə AzadlıqRadiosuna Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, cənazə gecə Bakıya gətiriləcək və mərhumla vida mərasimi səhər saat 10.00-da Bakı Musiqi Akademiyasının akt zalında başlanacaq.

Dəfnin günün ikinci yarısı olması nəzərdə tutulur.

Mərhum Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmov dekabrın 14-də səhər saatlarında vəfat edib.

Bu barədə məlumat verən sənətkarın oğlu atasının ürəyinin bu gün dayandığını deyib.

Hazırda Azərbaycanın İstanbuldakı baş Konsulluğunun nümayəndələri “Acıbadem” Xəstəxanasındadırlar.

Qədir Rüstəmovun cənazəsinin Bakıya gətirilməsi üzrə danışıqlar aparılır (APA).

Sənətçinin həkimi Ceyhun Solakoğlunun ANS-ə verdiyi xəbərə görə, müğənni bu gün saat 11:00 radələrində dünyasını dəyişib. Onun ölümünün səbəbi yayılmış herpes virusu ilə bağlı orqan çatışmazlığıdır.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məhşurlaşmışdı.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarırdı.

ANN.Az

Qədir Rüstəmovun Ağdamda oxuduğu "Sona bülbülləri"



Apardı sellər Saranı



Ay qız gəlləm dalınca



Mənsuriyyə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG