Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:12

Panetta ABŞ hərbçilərinin qarşısında çıxış edib


ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Əfqanıstandakı hərbi əməliyyatlarda qələbə qazanır.

Bunu Əfqanıstanda ABŞ hərbçilərinin qarşısında çıxış edən müdafiə naziri Leon Panetta bildirib.

Leon Panetta bu gün Kabildə Əfqanıstan prezidenti Hamid Karzai ilə də görüşəcək.

Danışıqlarda əsasən ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması məsələsi müzakirə olunacaq.

Qoşunların çıxarılması 2014-cü ilin sonlarında başa çatmalıdır.
XS
SM
MD
LG