Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 21:02

Azərbaycanlı turistlərin 5 faizi Gürcüstana kazinoya gedir?


Azərbaycandan Gürcüstana səfər edən turistlərin təqribən 5%-i bura kazinolarda oynamaq üçün gəlir.

Bunu «APA-ECONOMICS»ə Gürcüstanın Milli Turizm Agentliyinin departament rəhbəri Rusudan Mamatsaşvili bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, region ölkələrinin əksəriyyətindən Gürcüstana gələnlərin bir hissəsinin hədəfi kazinolardır. Bu məqsədlə Gürcüstana gələnlər arasında İran, ərəb və İran körfəzi ölkələrinin vətəndaşları üstünlük təşkil edir: «Belələri ərəb ölkələrindən birbaşa reyslərlə gəlirlər».

Departament rəhbərinin sözlərinə görə, Gürcüstanın dəniz kənarındakı kurortlarında, xüsusilə Batumidə və paytaxt Tbilisinin özündə çoxlu kazino var ki, bu da turistləri cəlb edir”.

R.Mamatsaşvili belə turistlərin Gürcüstanda xərclədiyi vəsaitin həcmini təqribi də olsa, deməkdə çətinlik çəkib.

Onun sözlərinə görə, "adi turistlərin hər biri Gürcüstanda orta hesabla təqribən 650 dollar pul xərcləyir. Kazinoda oynamağa gələnlərin sərf etdiyi pulu isə demək çətindir».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG