Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 23:42

Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb


Fevraldan bu yana Misirdə 20 mindən artıq siyasi məhbus azadlığa çıxıb.

Bu haqda Misirin rəsmi MENA agentliyi baş nazir Kamal al-Qanzuriyə istinadən xəbər verib.

Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir.

Hüquq müdafiəçilərinin məlumatına görə, keçmiş prezident Hosni Mubarakin rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan olunandan sonra həbs olunmuşdular.
XS
SM
MD
LG