Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 16:44

Amerikalı general Fraser Azərbaycana minnətdarlığını bildirir

ABŞ-ın Baş Nəqliyyat Komandanlığının komandanı general William Fraser Bakıya səfəri zamanı Əfqanıstandakı ABŞ və NATO qüvvələrinə nəqliyyat işində köməyə görə Azərbaycan minnətdarlıq edib.
O bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

İlham Əliyev cavabında deyib ki, Əfqanıstanda sülhümahafizə əməliyyatlarına Azərbaycan ilk gündən öz əhəmiyyətli köməyini göstərən ölkələr arasındadır.
Azərbaycan prezidenti deyib ki, əməkdaşlıq tədricən genişlənir.

Azərbaycan və Gürcüstan Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin təchizatında əhəmiyyətli nəqliyyat dəhlizləri və tranzit ölkələridir.
This item is part of
XS
SM
MD
LG