Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Seksin ən pis təsvirinə görə "mükafat"ın qalibi açıqlandı


David Guterson
David Guterson
Britaniyanın nüfuzlu "Literary Review " jurnalının təsis etdiyi "Bad sex" (Seksin ən pis təsvirinə görə) mükafatının bu ilki qalibi açıqlanıb. Bu, amerikalı yazıçı David Guterson-dur.

Onun "Ed King" romanında hamamda ana ilə oğul arasında uzun-uzadı seksual əlaqə təsvir edilir.

"Ed King" romanı - özü də bilmədən anası ilə evlənmiş və ondan uşaqları olmuş mifik yunan kralı Edip-in hekayətinin 20-ci əsrin sonundakı Amerika həyatına uyğun yenidən nəqlidir.

Yazıçı özündən əvvəlki qaliblər kimi mərasimə qatılmayıb.

Mediaya açıqlamasında o, təəccübləndiyini gizlətməyib: "Pis seksi Edip ixtira edib".

Birincilik uğrunda "mübarizə aparan" yazarlar arasında Haruki Murakami və Stephen King kimi tanınmış yazarlar da vardı.

55 yaşlı Guterson bestseller olmuş "Snow Falling on Cedars" (Sidr ağaclarına qar düşür) romanı ilə tanınır. Həmin roman əsasında 1999-cu ildə film də çəkilib.

"Literary Review" bildirir ki, "Bad sex" mükafatının məqsədi "müasir romanlarda seksual təsvirlərin kobud, zövqsüz, yersiz təsvirinə diqqət yönəltməkdir".

BBC-yə istinadla oxuzalı.az

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG