Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 15:20

Qırğız parlamentinin spikeri istefa verməyə məcbur olub


Qırğızıstan parlamentinin spikeri Akhmatbek Keldibekov cinayətkar qruplarla əlaqələri haqda iddialar üzündən istefa verməyə məcbur olub. Oş şəhərində 1000-ə yaxın adam onun istefası tələbiylə etiraz aksiyası keçirmişdi.

İddiaları araşdıran Parlament komissiyasının sədri Kanybek
Imanaliev bildirmişdi ki, spikerin bəzi müşavirləri və köməkçilərinin cinayətkar qruplarla əlaqəsi haqda onda danılmaz faktlar var. üstəlik, spiker Dubay, İstanbul və Həştərxanda bir neçə dəfə qırğız avtoriteti Kamchy Kolbaevlə gizli görüşlər də keçirib.
XS
SM
MD
LG