Bakıda sürüşməyə meylli ərazilərin adları açıqlanıb: Əhmədli, Qaraçuxur, Zığ, Günəşli-Əhmədli arası sahə, Nərimanov heykəlinin ətrafındakı park sahəsi və Bayıl.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu ərazilər aktiv sürüşmə sahələri olduğuna görə, daimi monitorinq və müşahidələr aparılır.
Şaiq Niftiyev sürüşmə amillərindən də danışıb. O deyib ki, Zığ yamacında, “Əhmədli 1” sahəsində, Nərimanov heykəli ətrafındakı parkda sürüşmə texnogen amillərlə bağlıdır.
“Bakıda texnogen amillərlə yanaşı, seysmogen amillər də öz təsirini göstərir. Bayıl yamacında iş apararkən yolla hərəkət edən 40 tonluq maşınların vibrasiyasını aparatlar hiss eləyir”.
Şaiq Niftiyevin sözlərinə görə, hazırda Bayıl yamacında vəziyyət stabildir. Burda Fövqəladə Hallar Nazirliyi elektron monitorinq sistemi qurub. “Hələlik bu ərazidə qorxulu hal yoxdur” deyən mütəxəssis əlavə edir:
“Yapon mütəxəssislərlə aparılan işlər də təsdiqlədi ki, Bayılda 3 dərinlikdə sürüşmə müstəvisi mövcuddur. 2000-ci ildə baş verən sürüşmənin aktiv müstəvisi o vaxt 43-74 metr arasında idi. Həmin müstəvi özünü saxlayır. Bu müstəvi üzərində problematik intensivləşmə yoxdur. Bu ilin avqustunda bir balaca aktivlik yarandı, köhnə sürüşmə müstəvisi boyunca çatlar əmələ gəldi. Amma hazırda orada stabillikdir”.
Mütəxəssis qeyd edib ki, hazırda Bayıl ərazisində bərkitmə işləri aparılır:
“Neftçilər prospekti boyunca istinad divarları 40 metr dərinliyinə qədər bərkidilir. Burada görülən tədbirlər olduqca qənaətbəxşdir”.