Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Aprel, bazar, Bakı vaxtı 10:17

Nobel mükafatçısının tərəfdarlarını daşa basıblar


Təvəkkül Karman (soldan birinci) Nobel Sülh mükafatını alır, 10 dekabr 2011

Yəməndə Təvəkkül Karmanın əleyhinə mitinq keçirilib, 40 nəfər xəsarət alıb


32 yaşlı Təvəkkül Karman dünyada Nobel Sülh mükafatını alan ilk ərəb qadını olub. Üç uşaq anası olan bu xanım 2005-ci ildə qadın jurnalistlərin hüquqlarının müdafiəsi uğrunda təşkilat yaradıb. O, həmçinin prezident Ali Abdullah Salehin hakimiyyətinə qarşı hərəkatın əsas təşkilatçılarından biridir.

Karman qadınların sülhpərvərlik prosesində iştirakına yardım göstərdiyinə, həmçinin onların təhlükəsizliyi uğrunda fəaliyyətinə görə Sülh mükafatına layiq görülüb. İndiyə qədər çoxsaylı antihökumət aksiyalarında iştirak edən Karman bir neçə dəfə həbsdə də yatıb.

Təvəkkül Karman Nobel mükafatını Yəmən xalqı və ərəb inqilabçı gənclərin adından qəbul edib. Lakin Yəmənin özündə bu xanımın təltif edilməsini birmənalı qarşılamayıblar. Hətta hadisə ilə əlaqədar Yəməndə mitinq baş tutub. Yalnız qadınlardan ibarət mitinq iştirakçıları arasında münaqişə yaranıb. Karmanın tərəfdarı olan xanımları daşa basıblar. Nəticədə 40 qadın xəsarət alıb.
XS
SM
MD
LG