Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 00:46

Bütün Rusiya kanalları xəbərlərə mitinqlərdən reportajlarla başlayıblar


Rusiyanın bütün federal televiziya kanalları xəbərlərə ölkədə ədalətli seçki tələbilə keçirilən mitinqlərdən reportajlarla başlayıblar.

Mitinq iştirakçıları bu günlərdə ölkədə keçirilən seçkinin nəticələrinin ləğvini, bütün siyasi məhbusların azad edilməsini, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefasını, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınmasını və yenidən ədalətli seçki keçirilməsini tələb ediblər.

MSK rəhbərliyi isə isə İnterfaksa müsahibəsində mitinqdə səslənən şuarların əsassız olduğunu deyib.

Rusiya hökuməti hələlik mitinqlərə münasibət bildirməyib.

Baş nazir Vladimir Putinin mətbuat katibi Dimitri Peskov “Qazeta RU”-ya müsahibəsində deyib ki, hökumət hələlik çoxminlik etirazlara münasibətini müəyənləşdirə bilmir.

Müxalifət dekabrın 24-də növbəti aksiyaya çıxmaq fikrindədir.
XS
SM
MD
LG