Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Moskvada nümayiş başa çatıb


Moskvada ədalətli seçki tələbiylə keçirilən mitinqin sonunda seçkinin nəticələrinin ləğvi tələbilə qətnamə qəbul edilib.

Sənəddə həmçinin bütün siyasi məhbusların azad edilməsi, Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefası, seçkiyə buraxılmayan partiyaların qeydiyyata alınması və yenidən ədalətli seçki keçirilməsi tələb olunur.

Təşkilatçılar dekabrın 24-də növbəti aksiyaya çıxacaqlarını bildiriblər.

Onlar həmçinin müdaxilə olmadığına görə polislərə təşəkkür bildirib, “Polis xalqladır” şüarları səsləndiriblər.

Təşkilatçıların sözlərinə görə Bolotnaya meydanında keçirilən mitinqdə 100-150 min arası adam iştirak edib.

Daxili İşlər Nazirliyi isə aksiyaçıların 20 mindən artıq olmadığını deyir.

Amma məlumatlarda meydanın dolduğu və insanların ətrafdakı körpüyə axışdığı bildirilir.
XS
SM
MD
LG