Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Moskvanın meydanlarına yüzlərlə polis çıxarılıb

Moskvada nümayiş gözlənilən Bolotnaya meydanına yüzlərlə polis yeridilib.

Yerli vaxtla saat 14-də meydanda Duma seçkilərinin nəticəsinə etiraz olaraq müxalifətin mitinqi gözlənilir.

Həmçinin Qızıl, Manejnaya və Triumfal meydanlarına polis dolu yük maşınları, avtobuslar yeridilib.

Ümumiyyətlə şənbə günü ədalətli seçki tələbilə ölkənin onlarla şəhərlərində etiraz aksiyaları keçirilir.

Ulyanovskda mitinqə bir neçə saat qalmış polis onun təşkilatçısını saxlayıb.

Xabarovskda isə şəhərin mərkəzində azı 20 gəncin saxlandığı xəbər verilir.

Vladivostok və Blaqoveşenskdə isə mitinqlər insidentsiz ötüşüb.

Həmçinin bu gün xaricdə Rusiyadakı nümayişçilərə dəstək olaraq müxtəlif aksiyalar nəzərdə tutulub.
This item is part of
XS
SM
MD
LG