Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:23

Prezidentlik müddətinin uzadılması, müasir ümummilli liderlər…


Mətbuat icmalı
Mətbuat icmalı
«Ayna» qəzeti yazır ki, «Bu il siyasi məhbusların sayı 26 nəfər artıb. Siyasi məhbusların ümumi sayı isə 70-dən çoxdur...».

«Hakimiyyət daxilində nə od var, nə də tüstü». Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü , deputat Aydın Mirzəzadə deyib:

«2013-cü ildə bizim namizədimiz yenidən partiya sədri, indiki dövlət başçısı İlham Əliyev olmalıdır. O, etimadı doğruldub».

A.Mirzəzadə prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılmasının müzakirə edilmədiyini deyib:

«Yox, elə bir gözlənti yoxdur və nəzərdə də tutulmur. 5 illik prezidentlik müddəti tamamilə kifayət edir..».

«Bizim yol» yazır ki, «Maaşlar bir fərmanla artırıla bilərdi»: «Hər sahə üzrə ayrı-ayrı artım elanı verirlər ki, bu da siyasi divident götürməyə xidmət edir». Qəzetə görə, maaş artımları noyabrda qeydə alınan inflyasiyanı ancaq ödəyə bilər...

«Azadlıq» qəzeti «Müasir ümummilli liderlər»dən yazır. Diktatorların bir-birinə heyrətamiz dərəcədə bənzədiyini yazan qəzet hesab edir ki, «müasir diktatura rejimlərinin əksəriyyəti ilkin mərhələdə böyük demokratik dövlətlərin dəstəyinə arxalanıblar...».

«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi» başlıqlı yazıda qeyd olunur ki, «dünyada tək-tək dövlət başçıları ümummilli liderlikdən əlavə həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər… Heydər Əliyevə də məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək nəsib olub…».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG