Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:11

Nobel mükafatlı yazıçını "fahişəliyi təbliğ etməkdə" suçladılar


Naguib Mahfouz
Naguib Mahfouz
Misir inqilabından sonrakı ilk seçkidə qələbə qazanan radikal dinçilər daha ötkəm olublar.

Sələfilərin sözçüsü Abdel Moneim El-Shahat televiziya efirində Nobel mükafatlı Misir yazıçısı Naguib Mahfouz-u "fahişəliyi təbliğ etməkdə" günahlandırıb.

Bu barədə Misirin "Əl-Əhram" qəzetinə istinadla oxuzalı.az xəbər verir.

Bu həmin Mahfouz-du ki, cəhaləti tənqid etdiyi üçün vaxtilə radikal dindarlar tərəfindən bıçaqlanmış, amma sağ qalmışdı.

"Əl-Əhram" qəzeti yazır ki, sələfilərin bu ittihamına ziyalılardan elə bir ciddi reaksiya olmayıb.

Halbuki reaksiya həmişəkindən kəskin ola bilərdi. Çünki 2006-cı ildə vəfat edən Mahfouz bu il daha çox diqqət mərkəzindədir - onun anadan olmasının 100 illiyi qeyd edilir.

O. ərəb dünyasında keçirilən müxtəlif festivallarda yad edilir. O cümlədən Əbu-Dabi film festivalında onun əsərlərinə çəkilən filmlər üçün xüsusi bölüm ayrılıb.

Tənqidçi Samir Fərid "Əl-Əhram" qəzetinə müsahibəsində Mahfouz-a qarşı son ittihamları "faktiki olaraq ona edilən ikinci sui-qəsd cəhdi" adlandırıb.

"Məni qəzəbləndirən - bir çox yazıçı və alimlərin susqunluğudur... Təəssüf ki, bir çox yazıçılar "Müsəlman qardaşlığı" və sələfilərə meyllənməyə başlayıblar. Bir yazıçı isə hətta onların ideologiyasını dəstəklədiyini, onların yanında olduğunu bildirib".

Samir Fərid narahatdır ki. islamçıların mümkün repressiyalarından qorxuya düşən bir çox sənət adamları Misiri tərk edəcək və öz film və seriallarını xaricdə çəkəcək.

Naguib Mahfouz haqda ətraflı oxu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG