Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 02:16

Putin ABŞ-ı Rusiya müxalifətini qızışdırmaqda ittiham edir

Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ı ittiham edib ki, onlar ölkədə parlament seçkisinin nəticələrinə etiraz edənləri ruhlandırır.

Dekabrın 4-dəki səsvermənin nəticələrini saxta və ədalətsiz sayan yüzlərlə adamın etiraz aksiyasına başlamasından sonra Pution ilk dəfə ictimaiyyətə müraciət edib. O deyib ki,
ABŞ dövlət katibi Hillary Clinton müxalifətə siqnal verib.

Brüsseldə Clinton bildirib ki, seçki ilə bağlı onun narahatçılığı əsaslıdır.

Seçkini izləyən müşahidəçilər də tənqid edib.

Dekabrın 4-də keçirilən seçkidə hakim Vahid Rusiya partiyası parlamentdə yerlərin əksər hissəsinə sahib olub. Yüzlərlə adam seçkinin ədalətsiz keçdiyini iddia edərək etiraz aksiyalarına çıxıb.
This item is part of
XS
SM
MD
LG