Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 04:55

Praqada Rusiya və Çexiya prezidentlərinin görüşü olub

Çexiya prezidenti Vaslav Klaus avrozonadakı böhrana görə Rusiyaya valyuta ehtiyatlarının bir qismini avrodan çex kronuna keçirməyi təklif edib.

Medvedev isə deyib ki, çex kronu buna bəs etməyə bilər.

Prezidentlərin cümə axşamı Praqa görüşündə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələsi, avrozona ölkələrindəki vəziyyət və NATO-nun Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirmək planı müzakirə olunub.

Medvedev Rusiyanın “Atomstroyeksport” şirkətinin Çexiyanın “Temelin” atom stansiyası üçün 2 yeni reaktor tikmək istəməsini dəstəkləyib.
This item is part of
XS
SM
MD
LG