Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:40

Somalidə yaraqlılarla hökumət qüvvələri arasında toqquşma olub


Somalinin paytaxtı Moqadişdə yaraqlılarla hökumət qüvvələri arasında güclü toqquşma olub.

Afrika ölkələrindən olan sülhümühavizə qüvvələri radikal Aş Şabab qrupunun yaraqlılarına qarşı tank və axır artileriyadan istifadə ediblər.
İtkilər barədə hələlik məlumat yoxdur.

20 ildən çoxdur ki, Somalidə müharibə getdiyindən ölkədə stabil hökumət yoxdur.

Beynəlxalq aləm tərəfindən tanınan Somali hökuməti paytaxtın yalnız bir neçə rayonuna nəzarət edə bilir.
XS
SM
MD
LG