Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:52

Qarabağ danışıqları, eks-prezidentlər və əmanətlər


Mətbuat icmalı
Mətbuat icmalı
«Zerkalo» qəzeti yazır: «RƏSMİ BAKI ARTIQ YANAŞMASINI DƏYİŞMƏLİDİR».

Qəzetə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan siyasəti təəssüf ki, alverə söykənir:

«Hərçənd bunda Xarici İşlər Nazirliyini günahlandırmaq olmaz. Biz maraqları nəzərə almağa, onları razılaşdırmağa cəhd göstərmirik. Sadəcə alver etməyə öyrəşmişik. Bəli, münaqişənin həllində istifadə olunmalı enerji məsələsi böyük resursdur. Amma sualı belə də qoymaq olmaz: «Biz sizə qaz veririk, siz bizə Qarabağı verin». Axı qaz satışında biz də az maraqlı deyilik…».

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli «Yeni Müsavat» qəzetinə müsahibəsində «EKS-PREZİDENTLƏR HAQQINDA QANUN»dan danışıb. O deyib: «Layihəni hazırlayarkən keçmiş prezidentlər, onların fəaliyyəti, onlara hansısa siyasi qiymət verilməsi, ümumiyyətlə, o personalar (sabiq prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəy) haqda düşünməmişik. Buna heç ehtiyac da yox idi. Çünki beynəlxalq təcrübə var. Təcrübələri bizim üçün maraqlı olan Qazaxıstan, Gürcüstan kimi respublikaların təcrübəsindən yararlanıb buna hüquqi baxımdan yanaşdıq. Ona görə də hətta parlamentdəki polemikalar zamanı konstitusiyanın 104 və 107-ci maddələri ilə bağlı ziddiyyətin olduğunu düşünürdülər,
Əli Hüseynov
Əli Hüseynov
amma biz onu əsaslandırılmış şəkildə cavablandırdıq. Biz yeganə məhdudiyyət kimi 107-ci maddədə göstərilən prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsini, yəni konstitusion qanunun mexanizmini bir məhdudiyyət kimi göstərdik…».

Qəzetin «sabiq prezident prezidentlik dövründə və ondan əvvəl bir cinayət törədibsə, ona niyə toxunulmazlıq verilir» sualına isə Əli Hüseynli belə cavab verib: «Təbii ki, bu, ilk baxışdan təəccüblü görünə bilər. Axı insan cinayət edib. Amma əlbəttə, dünya təcrübəsi, siyasi mədəniyyət, müasir dövrdə siyasi yanaşma fərqidir. Bu, əslində yeni bir siyasi mədəniyyətin göstəricisidir…».

«Bizim yol» qəzetində Məmməd Süleymanov RUSİYADAKI PARLAMENT SEÇKİLƏRİndən yazır.

«5 və 6 dekabrda seçki nəticələrinə qarşı baş tutan mitinqlər Rusiyanın son 15 illik tarixinin ən kütləvi və mütəşəkkil siyasi etirazları idi».

Moskvada etiraz, 6 dekabr 2011
Moskvada etiraz, 6 dekabr 2011
Müəllif daha sonra deyir: «Rusiyanın tarixi isə yeni səhifəyə qədəm qoyur. Ənənəvi olaraq Azərbaycana ən çox məhz Rusiyadakı proseslərin təsiri olub. Orada baş verənlər adətən bizdə də təkrarlanır. Onlarda 19 avqust 1991-in əks-sədası bizdə 1992-nin mayında çıxdı. Onlardakı 4 oktyabr 1993 bizdə 4 oktyabr 1994-də təkrarlandı. Hakimiyyətin ötürülməsi sxemi də lap sinxron işə salındı: vəliəhdlər ön cərgəyə eyni ildə - 1999-da gətirilməyə başladı.

İndi orada baş verənlər 1917-ci ilin Fevralının prelüdiyasına bənzəyir. Fevral baş tutsa, Noyabr da üfüqdə görünəcək. Bu isə bütün dünyada ideoloji diskursu dəyişəcək. Dünyanın 4 yanındakı antikapitalist hərəkatlar da çox güclü stimul almış olacaq…».

Milli Məclisin vitse-spikeri Bahar Muradova SOVET VAXTINDAN QALMA ƏMANƏTLƏRin qaytarılmasından danışıb. «Yeni Azərbaycan» qəzeti yazır:

«Hökumətimiz bəyan edib ki, əhalinin Sovet dövründən qalan əmanətlərinin qaytarılması üçün həm iradə, həm də imkan var. Parlamentdə bu məsələ müzakirə olunarkən qərar gəlindi ki, əlaqəli şəkildə komissiya yaradılıb qanun layihəsi hazırlanacaq və qarşıdakı dövrdə bu məsələyə aydınlıq gələcək. Bir fikir də səslənib ki, həmin qanunun hazırlanması üçün ciddi problem yoxdur. Hər halda, növbəti ildə bunu gözləyək…».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG