Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:24

Prezidentin maaşı müəllimin əməkhaqqından 61 dəfə çoxdur


Arxiv foto
Arxiv foto
-


Azərbaycan prezidenti son bir həftədə müəllimlər, həkimlər incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.

Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.

Amma məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.

Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.

Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.

Müxalifət mediasında bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində müəllim və həkimlərin sayının çox olduğunu, buna görə onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.

Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.

Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:
Vəzifənin adı Maaşı (Manatla) Qeydlər
Prezident15000
Baş nazir2406İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb.
Baş nazirin birinci müavini2125
Baş nazirin müavini2031
Nazir, Dövlət Komitə və Fondlarının sədrləri1875
Nazir, Dövlət Komitə və Fondu sədrinin birinci müavini1250
Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini1094
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı1875
Gəncə və Sumqayıt şəhər icra hakimiyyəti başçıları1094
Şəhər və rayonlar üzrə:
Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları937
Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları750
Milli Məclisin sədri2925Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.
Milli Məclis sədrinin birinci müavini2632
Milli Məclis sədrinin müavini2486
Milli Məclisin komitə və komissiya sədri2340
Milli Məclisin komissiya sədrinin müavini2194
Milli Məclisin deputatı2048
Polis400Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar.
Ali Məhkəmənin sədri1785Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar.
Konstitusiya Məhkəməsinin sədri1785
Ali Məhkəmənin hakimləri1428
Konstitusiya Məhkəməsinin hakimləri1517
Rayon məhkəmələrinin başçıları1071
Baş Prokuror1785
Baş Prokurorun birinci müavini 1425
Baş Prokurorun müavini1350
Prokuror-kriminalist960
İdarənin, şöbənin prokuroru965


AZƏRBAYCANDA YAXŞI MAAŞ BİR PREZİDENTİNDİR, BİR DƏ UÇUŞ RƏHBƏRİNİN...

Dövlət Statistika Komitəsi 2010-cu ilə dair Azərbaycanda müxtəlif sahələrdə çalışanların orta aylıq əməkhaqları haqqında da rəsmi məlumat verib.

Bu məlumata görə hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Rəsmi statistikada qeyd edilir ki, Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat maaş alırlar.

Ən aşağı əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqları 100 manat civarındadır.

Ölkədə müxtəlif sahələr üzrə orta aylıq əməkhaqları barədə Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatını tam şəkildə burada görə bilərsiniz.

Həmin siyahını qısa ixtisarla təqdim edirik:
Xam neft və təbii qaz hasilatı
Qazma üzrə mühəndislər (qazma işi)2344,5
Qazma sahəsinin ustaları (xidmətin, sexin)1109,3
Neft, qaz, kondensat hasilatı üzrə ustalar796,5
Yardımçı fəhlələr709,3
Metal filizlərinin hasilatı
Müdirlər1785,0
Baş mühəndislər450,0
Mədən fəhlələri289,9
Ət məhsullarının istehsalı (emal)
Müdirlər400,0
Qəssablar105,0
Ət doğrayan fəhlələr113,0
Heyvanların dərisini soyanlar130,4
Poliqrafiya fəaliyyəti
Redaktorlar163,9
Jurnalistlər166,7
Çapçı, mətbəə işçiləri201,3
Elektrik avadanlıqlarının istehsalı
Elektronika üzrə konstruktorlar247,6
Mühəndis-elektronçular457,5
Yığıcılar385,1
Tikinti
Bənnalar377,1
Qaynaqçılar521,5
Suvaqçılar380,8
Buldozer və ekskavator maşinistləri292,6
Qaldırıcı kran maşinistləri374,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri
Anbardarlar285,2
Satıcılar251,4
Mühasiblər319,1
Xəzinədarlar230,1
Dəmir yolu
Bilet satanlar252,5
Bələdçilər136,0
Dəmir yolu vaqonlarına yük vuranlar353,3
Elektrovoz maşinistləri306,4
Su nəqliyyatının fəaliyyəti
Gəminin baş mühəndisləri (komandiri)725,1
Dənizçilər, matroslar338,8
Gəminin bort mexanikləri526,1
Gəmi tərsanəsində işləyən fəhlələr468,7
Hava nəqliyyatının fəaliyyəti
Hava gəmisinin komandirləri3487,3
Uçuş rəhbərləri3987,6
Hava hərəkəti mərkəzi idarəsinin dispetçerləri1166,7
Aviasiya mexanikləri, texnikləri458,4
Rabitə
Rəhbərlər (Müdirlər)745,5
Baş mühəndislər589,5
Rabitə operatorları584,6
Poçtalyonlar153,7
Telefonçular256,1
Dövlət idarəetməsi və müdafiə; sosial təminat
Müdirlər (şöbə müdirləri)559,0
Müavinlər (şöbə müdirlərinin müavinləri)460,0
İcra hakimiyyəti məmurları - məsləhətçi265,1
Stenoqrafçılar231,8
Məktəbə qədər təhsil
Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri297,3
Orta təhsil
Müəllimlər245,1
Ali təhsil
Müəllimlər342,9
Səhiyyə və sosial xidmətlər
cərrahlar271,3
stomatoloqlar139,8
təxirəsalınmaz və təcili tibbi yardım həkimləri381,7
mama-ginekoloqlar170,7
Diş həkimləri132,9
Orta tibbi heyət134,5
Xəstələrə xidmət edən kiçik tibb bacıları107,4
XS
SM
MD
LG