Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Suriya prezidenti ittihamları rədd edir


Suriya prezidenti Bashar Assad nümayişçilərə atəş açmaq əmri verməsilə bağlı ittihamları rədd edib və bildirib ki, yalnız dəlilər öz xalqını öldürə bilər.

O Amerikanın ABC televiziyasına müsahibəsində qətl və amansızlıqla bağlı heç bir göstəriş verilmədiyini bildirib.

O həmçinin qeyd edib ki, təhlükəsizlik qüvvələri prezidentin yox, hökumətin tabeçiliyindədir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 4 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG