Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:31

Əfqanıstanda yenə partlayış olub, 19 nəfər ölüb


Bu gün Əfqanıstanın Hilmand əyalətində baş verən partlayış nəticəsində 19 nəfər həlak olub. 5 nəfər yaralanıb. Ölən və yaralılar mülki adamlardır. Polisin verdiyi məlumata görə, ölənlərdən 7-i qadın, 5-i uşaqdır.

Dünən Kabildəki şiə məscidində baş vermiş terror aktı nəticəsində 60-a yaxın adam ölüb, 160 nəfər yaralanıb. Ölənlər arasında bir ABŞ vətəndaşı da olub. Bu haqda ABŞ-ın Kabildəki səfirliyindən məlumat veriblər.

Əfqanıstan prezidenti Hamid Karzai ölkəsində baş vermiş terror aktına görə Avropa ölkələrinə səfərlərini yarımçıq kəsib.
XS
SM
MD
LG